IX siniflərdə elektron sınaq imtahanı keçirilib
11.11.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 3 paralel sinfində komplektləşdirilmiş 92 nəfər IX sinif şagirdi üçün ana dili, riyaziyyat və ingilis dili fənlərindən elektron sınaq imtahanı keçirilib. Sınaq imtahanı məktəbin kompyuter otaqlarında şagirdlərin portalda öncədən açılmış şəxsi hesablarına göndərilmiş link üzərindən aparılıb. Şagirdlərə "imtahanı başla" düyməsi sıxıldıqdan sonra işləmək üçün 3 saat vaxt verilib. Vaxt monitorda əks olunub. İmtahanı tez başa çatdıran şagird "imtahanı bitir" düyməsini sıxmaqla hər bir fənn üzrə nəticəsini, doğru və yanlış cavabını ekranda görə bilib. Şagirdlərin İKT bacarığını təkmilləşdirmək, obyektivliyi təmin etmək və imtahan öncəsi şagirdlərin real potensialını dəyərləndirmək baxımından elektron sınağın təşkil edilməsi valideynlər tərəfindən də təqdirəlayiq hesab edilib. İmtahan saat 09.00-da başlayıb və hal-hazırda davam edir.