V siniflərdə monitorinq keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1668162576636e2410a89999.15572695.jpg)
11.11.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 3 paralel sinfində komplektləşdirilmiş 78 nəfər V sinif şagirdi ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə məktəb rəhbərliyi tərəfindən monitorinq edilib. Monitorinqin məqsədi ötən il IV siniflərdə həmin şagirdlərin monitorinq nəticələri ilə cari nəticələri müqayisə etmək, şagirdlərin irəliləmə və ya geriləmə faizlərini çıxarmaq, bunun səbəblərini analiz etmək, onların ümumi orta təhsilin ilk pilləsinə adoptasiya prosesini hansı şəkildə keçmələri barədə təsəvvür əldə etmək olub. Monitorinq saat 09.00-da başlayıb. Hər üç fənn bir sual kitabçasında birləşdirilib və sualların quruluşu, səviyyəsi və formatı tələblərə uyğun tərtib edilib.