"Qarabağ Azərbaycandır" adlı məktəblərarası breyn-rinq keçirilib

Bakı şəhəri 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə paytaxtdakı 4 ümumi təhsil məktəbinin X-XI sinif şagirdlərindən ibarət komandaları arasında Zəfər Gününə həsr edilmiş "Qarabağ Azərbaycandır" adlı breyn-rinq keçirilib.

Yarışda Yasamal rayonu 21 nömrəli , Nizami rayonu 229 nömrəli , Xətai rayonu 56 nömrəli  və Sabunçu rayonu 96 nömrəli tam orta məktəblərin komandaları iştirak edib. Yarışın mövzusu I Qarabağ Müharibəsi, Vətən Müharibəsi və böyük Zəfər olub.

Öncə püşkatma keçirilib. Püşkatma nəticəsində I turda 96 nömrəli tam orta məktəbin "Yenilməzlər" komandası 229 nömrəli tam orta məktəbin "Qarabağ" komandası ilə, II turda isə 56 nömrəli tam orta məktəbin "Zərbə" komandası 21 nömrəli tam orta məktəbin "Zəfər" komandası ilə görüşüb. I turda 229 nömrəli tam orta məktəbin "Qarabağ" komandası 96 nömrəli tam orta məktəbin "Yenilməzlər" komandasını 1 bal fərqi ilə məğlub edib. II turda isə yenə də 1 bal fərqi ilə 21 nömrəli tam orta məktəbin "Zəfər" komandası 56 nömrəli tam orta məktəbin "Zərbə" komandasını məğlub edib.

Finalda "Qarabağ" komandası ilə "Zəfər" komandası qarşılaşıb. Qızğın mübarizə getsə də, final bərabər xalla yekunlaşıb. İki əlavə suala da hər iki komanda düzgün cavab verib. Sonda Münsiflər heyəti hər iki turun xallarını cəmləyərək ümumi hesabda 18 bal toplamış 229 nömrəli tam orta məktəbin "Qarabağ" komandasını qalib elan ediblər.

Qeyd edək ki, "Zəfər" komandasının ümumi hesabda 16 balı olub. Münsiflər hər məktəbdən bir nəfər tarix müəllimi olmaqla 4 müəllimdən ibarət təşkil edilib. Dinləyici nominasiyası üzrə sualları cavablandıran iki şagird də diplomla təltif edilib. Böyük rəqabət və gərginliklə keçən yarışın sonunda qalib gəlmiş "Qarabağ" komandasının hər bir üzvü diplomla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi