Zəfər Gününə həsr edilmiş "Vətən əmanəti" adlı tədbir keçirilib

"Vətənpərvərliyin təbliğinə dəstək" İctimai Birliyi və 96 nömrəli məktəbin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş "Vətən əmanəti" adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, şəhid atası, hərbi vətənpərvərlik mahnıların ifaçısı, hərbi diktor Şəmistan Əlizamanlı, aktyor, qiraətçi Əli Nur, jurnalist Günel Əmirova, Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu, hərbi ekspert, jurnalist Səxavət Məmməd, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis zabiti İsmayıl Həkimli iştirak edib.

Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Mehriban Hacıyeva qonaqları və tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsədi, əhəmiyyəti barədə məlumat verib. Vətənpərvərliyi təbliğ edən bu formatlı tədbirlərin şagirdlərin əsl vətəndaş kimi formalaşmasındakı müsbət rolunu vurğulayıb. Daha sonra söz qonaqlara verilib. Rəsmi hissə yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi başlayıb.Öncə şagirdlərin ifasında Zəfər ruhlu, qələbə motivli mahnılar, şeirlər ifa edilib. Şagird təqdimatı bitdikdən sonra zal Şəmistan Əlizamanlının Qələbə marşı, Can Azərbaycan mahnısı, Əsgər marşı ilə coşub. Onun səsinə səs verən şagirdlər ayağa qalxaraq, əllərində üçrəngli bayraq onunla birgə "Hay ver mənə, cənab leytenant" deyiblər.Tədbir pozitiv notlarda, dodaqlarda Qələbə marşı, əllərdə dalğalanan Vətən bayrağı ilə yekunlaşıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi