Hüseyn Cavidin 140 illiyinə həsr edilmiş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi təntənəli şəkildə qeyd edilib. Elə bu münasibət ilə, 96 nömrəli məktəbin kitabxanasında şairin yaradıcılığına həsr edilmiş tədbir keçirilib. Tədbirdə kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ofeliya Məmmədova , tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova və şagirdlərimiz iştirak ediblər. Hüseyn Cavidin həyat və yaradıcılığından maraqlı təqdimatlar edən şagirdlər, eyni zamanda şairin zəngin lirikasından müəyyən parçaları da gözəl ifa ilə canlandırıblar.