Uşaq hüquqları ilə bağlı maarifləndirici dərs keçirilib

03.11.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 4"B" sinfində Həyat Bilgisi fənni çərçivəsində sinif müəllimi Məhbubə Kazımovanın təqdimatında "Hüquqlarımızı tanıyaq" adlı maarifləndirici dərs təqdim olunub. Dərsdə müəllim şagirdlərə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış uşaq hüquqları haqqında məlumat verib, şagirdlər bu hüquqlarından cəmiyyətdə hansı şəkildə istifadə etməli olduqları barədə öz fikirlərini bildiriblər. Bundan əlavə konstitusiyamızda, beynəlxalq sazişlərdə, Uşaq Hüquqları Konvensiyasında əksini tapan uşaqlarla bağlı bir çox nüanslar bu dərsdə şagirdlərlə birgə interaktiv şəkildə müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi