Fizika-kimya fənn aylığı çərçivəsində növbəti nümunə dərslər izlənilib

31.10.2022-ci il tarixində 96 nömrəli məktəbdə fizika-kimya fənn aylığı çərçivəsində fizika fənni üzrə "Müxtəlif mühitlərdə elektrik cərəyanı" mövzusunda və kimya fənni üzrə "Əlavə yarımqrup metalları" mövzusunda nümunə dərslər izlənilib. Fizika müəllimi Sevda Əsgərlinin təqdimatında IX "B" sinfində təşkil edilmiş dərs əyaniliyi və praktikiliyi ilə dinləyənlərin təqdirini qazanıb. Şagirdlərin apardıqları mövzu ilə əlaqəli labarator təcrübələr, dərslikdən kənar mənbələrdən əldə edilmiş məlumatlara əsaslanan rəngarəng təqdimatlar dərsi fəal və maraqlı edib. Şəbnəm Rəhimovanın kimya fənni üzrə IX "C" sinfində təşkil etdiyi dərs də müasirliyi və yaradıcı təfəkkürə əsaslı olmağı ilə fərqlənib. Müəllimin tərtib etdiyi tapşırıqlar və iş vərəqləri şagirdləri sərbəst fəaliyyətə və yaradıcı yanaşmaya sövq edib. Dərslər məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən uğurlu dərs nümunəsi kimi qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi