Polis əməkdaşları yuxarı sinif şagirdləri ilə profilaktik söhbət aparıb

31.10.2022-ci il tarixində Sabunçu rayon 13-cü Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə baş inspektoru polis mayoru Ramil Hüseynov və inspektor polis kapitanı Münasib Kalbalıyev 96 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri ilə görüşüb, onlarla səmimi söhbət aparıb. Görüşün məqsədi yuxarı sinif şagirdlərini zərərli vərdişlər mövzusunda maarifləndirmək, bir daha məktəbdaxili intizam qaydalarını onların nəzərinə çatdırmaq olub. Polis əməkdaşları ilə keçirilən mütəmadi görüşlər şagirdlərin öz hüquqları və öhdəlikləri, eləcə də hər hansı bir qanun pozuntusu zamanı yaranacaq hüquq məsuliyyəti barədə hərtərəfli məlumatlı olmaqlarına kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi