Respublika Fənn Olimpiadalarının məktəb turu keçirilib

Təlimata uyğun olaraq 29.10.2022-ci il tarixdə 96 nömrəli məktəbdə də Respublika Fənn Olimpiadalarının məktəb turu keçirilib. Olimpiadada riyaziyyat, fizika, biologiya, tarix, coğrafiya, kimya, ana dili və ədəbiyyat fənləri üzrə ümumilikdə 20 şagird iştirak edib. Olimpiada saat 09.00-da başlayıb. Şagirdlərə işləmək üçün 3 saat vaxt verilib. Fənlər üzrə şagirdlər ayrı-ayrı otaqlarda yerləşdirilib. Hər bir otağa qeyri ixtisas müəllimlərindən nəzarətçilər təyin edilib. Bu mərhələni uğurla keçən şagirdlər olimpiadanın rayon turunda iştirak edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi