"Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsinin icrası ilə bağlı BŞTİ tərəfindən monitorinq aparılıb

27.10.2022-ci il tarixində "Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsinin tətbiq olunduğu pilot məktəblərdən biri olan 96 nömrəli tam orta məktəbdə layihənin tətbiq səviyyəsi, görülmüş işlər, şagirdlərin və müəllimlərin layihə ilə bağlı məlumatlılıq səviyyəsi, qeydə alınmış hallar və s yoxlanılması məqsədi ilə BŞTİ-nin İnkişaf layihələri sektorunun əməkdaşı Şəhanə Bağırova tərəfindən ilk monitorinq aparılıb. Şəhanə Bağırova işçi qrupla görüşüb, doldurulmuş formalarla tanış olub, hazırlanmış maarifləndirici posterlərə baxış keçirib və siniflərdə olaraq şagirdlərlə, müəllimlərlə söhbət edib, onların layihənin işi barədə məlumatlılıq səviyyəsini ölçüb. Sonda Şəhanə xanım işçi qrupa müəyyən nüanslarla bağlı öz tövsiyələrini verib. Ümumilikdə layihənin tətbiqi ilə bağlı atılmış ilk addımlar qənaətbəxş qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi