Kimyadan nümunə dərs təqdim edilib

27.10.2022-ci il tarixində 96 nömrəli məktəbin 8"B" sinfində kimyadan nümunə dərs təqdim edilib. Dərsin mövzusu "Oksidlərin təsnifatı, adlandırılması və fiziki xassələri" olub. Dərsi təşkil edən məktəbin kimya müəllimi Kəmalə Ələkbərova əyaniliyi təmin edərək, dərsdə şagirdləri praktiki öyrənməyə sövq edə bilib. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və kimya müəllimi Şəbnəm Rəhimova tərəfindən dinlənilib. Şagirdlərin aktivliyi, təşəbbüskarlığı, müəllim-şagird, şagird-şagird ünsiyyətinə dayanıqlılıq, təfəkkürün fəallığına əsaslanan tapşırıqlar dərsi maraqlı və canlı edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi