Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş "Çırpınırdı Qara dəniz" adlı tədbir keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1667146419635ea2b3e97f01.30761054.jpg)
28.10.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında Azərbaycanın istiqlal şairi, hurriyyət carçısı Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş "Çırpınırdı Qara dəniz" adlı tədbir keçirilib. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Sabunçu rayon icra başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, yazıçı, dramaturq, şair, publisist, Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, jurnalist, yazıçı, AzEdu.az saytının baş redaktoru, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Təhsil Jurnalistləri Birliyinin həmtəsisçisi Elmin Nuri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Mehriban Hacıyeva Əhməd Cavad yaradıcılığının işığına toplaşan tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, sözü dəyərli qonaqlara verib.Tədbirin rəsmi hissəsi bitdikdən sonra şagirdlərin ifasında Əhməd Cavadın şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa edilib. Şairin həyat və yaradıcılığını əks etdirən video nümayiş etdirilib. Tədbirin sonunda Səidə və Simuzər Abdulkərimova bacılarının Əhməd Cavad yaradıcılığını əks etdirən rəsmləri nümayiş etdirilib.