"Səma cisimlərinə elmi və tarixi baxış" adlı inteqrativ dərs təşkil edilib.

26.10.2022-ci il tarixdə 96 nömrəli məktəbin 7"A" sinfində Kiçik Akademiyanın fəaliyyət planı çərçivəsində coğrafiya müəllimi Şəlalə Səmədova və tarix müəllimi Nəzakət Əzizzadənın fasilitatorluğu ilə "Səma cisimlərinə elmi və tarixi baxış" adlı inteqrativ dərs təşkil edilib. Dərs müasir və maraqlı təlim formalarının, iş üsullarının əsasında qurulub. İstifadə edilən resurslar düşündürücü, özündə əlavə məlumat əks etdirən və hər bir şagird üçün əlçatan olub. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və Kiçik Akademiyanın prezidenti Nigar Süleymanova tərəfindən dinlənilib. Şagirdlərin marağı və aktuallığı hər kəsin diqqətini cəlb edib. Dərs məqsədlərinə çatmış və tarix, coğrafiya fənlərini uyğun standartlar üzərindən uğurla inteqrasiya etdirmiş hesab edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi