Təmayül siniflərində tədrisin vəziyyəti yoxlanılıb
19.10.2022-ci il və 20.10.2022-ci il tarixlərində məktəbimizin X"X", X"T", X"R" və XI"C" təmayül siniflərində təmayül fənlərinin tədrisi vəziyyəti yoxlanılıb. Qeyd edək ki, X"X" texniki , X"T" texniki və təbiət, X"R" riyaziyyat-iqtisadiyyat və humanitar, XI "C" isə texniki və riyaziyyat-iqtisadiyyat istiqamətləri üzrə təsis edilmiş təmayül siniflərdir. Məktəbin direktoru Mehriban Hacıyeva tərəfindən X"X" sinfində Kəmalə Ələkbərovanın tədris etdiyi kimya fənni üzrə "Avaqadro qanunu" mövzusu, X"T" sinfində Nəsibə Əsgərovanın tədris etdiyi fizika fənni üzrə "Çevrə üzrə hərəkətlər" mövzusu, X"R" sinfində Şəlalə Səmədovanın tədris etdiyi Coğrafiya fənni üzrə "Kartoqrafik proyeksiyalar və təhriflər" mövzusu dinlənilib. Dərslər müəllimlərlə birlikdə detallı müzakirə edilib. Müəllimlərə müəyyən tövsiyələr verilib