IX siniflərdə növbəti monitorinq keçirilib

18.10.2022-ci il tarixdə məktəbin 3 sinfində komplektləşdirilmiş 94 nəfər IX sinif şagirdinin növbəti monitorinqi olub. Bundan öncə keçirilmiş diaqnostik xarakterli monitorinq risk qrupuna daxil olan şagirdlərin müəyyənləşdirilməsi və onlar üçün əlavə məşğələ qrafikinin təyin edilməsi üçün təşkil edilib. Bugünki monitorinq isə artıq bir ay ərzində tədris edilmiş mövzular üzrə şagirdlərin ana dili, riyaziyyat və ingilis dili fənlərindən mənimsədikləri bilikləri ölçməyi hədəfləyib. Bu monitorinqin təhlili müəllimlərə inkişaf dinamikasını görməyə və inkişaf planına lazımı müdaxilələr etməyə imkan verəcək. Monitorinqin gedişinə nəzarətçi müəllimlərdən əlavə məktəb rəhbərliyi də nəzarət edib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi