18 oktyabr Müstəqilliyin Bərpası Günü qeyd edilib

18.10.2022-ci il tarixdə məktəbin akt zalında 18 oktyabr Müstəqilliyin Bərpası Günü qeyd edilib.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edilib.Tədbirdə məktəbin tarix müəllimləri xalqımızı müstəqilliyə aparan qanlı və əzablı istiqlal yolu haqqında şagirdlərimizə ətraflı məlumat veriblər. Daha sonra 90-ci illərin azadlıq mübarizəsini əks etdirən video materiallar nümayiş etdirilib. Şagirdlərin ifasında vətən sevgisi, yurd məhəbbəti aşılayan şüarlar səslənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi