"Sağlam gənclik sağlam gələcək deməkdir" adlı debat keçirilib

13.10.2022-ci il tarixində 96 nömrəli məktəbin akt zalında X-Xl sinif şagirdləri ilə "Sağlam gənclik sağlam gələcək deməkdir" mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Mehriban Hacıyeva, psixoloq Sevinc Abdullayeva və sinif rəhbərləri iştirak ediblər. Tədbir səmimi atmosferdə interaktiv və qarşılıqlı müzakirə formatında təşkil edilib. Şagirdlərə zərərli vərdişlər və onlardan qorunmaq yolları barədə ətraflı məlumat verilib. Uşaqlar "Ailədə sizə hansı qaydalar qoyulub və bu qaydalar aradan qaldırılarsa sizin yeni obrazınız necə olar?" sualına səmimi və maraqlı cavablar veriblər. Onlar "ideal gənc" haqqında təsəvvürlərini yoldaşları ilə bölüşüblər. Görüş həm uşaqlar, həm də müəllimlər üçün maraqlı və məhsuldar olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi