Şagirdlərimiz 8-ci Beynəlxalq Kitab Sərgisində olublar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1665210309634117c5363226.78830167.jpg)
06.10.2022-ci il tarixində VII və VIII sinif şagirdlərimiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində olublar. Şagirdlərimizi sərgidə məktəbin coğrafiya müəllimi Aytən Məmmədova və kimya müəllimi Şəbnəm Rəhimova müşayət ediblər. Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub. Eyni zamanda sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar da iştirak ediblər. Sərgidə olduğu müddətdə şagirdlərimiz müxtəlif formatlı master-klaslar, imza mərasimləri, kitab təqdimatlarında iştirak etmək şansı əldə ediblər. Onlar sərgidən yüksək təəssüratla ayrılıblar.