Məktəbəhazırlıq qrupları tədrisə başlayıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1664860799633bc27f6d6b74.70282760.jpg)
03.10.2022-ci il tarixində məktəbəhazırlıq qrupları tədrisə başlayıb. İlk dəfə məktəb həyatına başlayan körpələrin sevinc və təəccübü bu gün bizim məktəbdən də yan keçməyib. Ən az uşaqlar qədər həyacanlı valideynlər övladlarını məktəbə müşayət ediblər. Məktəbin direktoru Mehriban Hacıyeva şagirdləri və valideynləri onlar üçün əlamətdar olan bu gün münasibəti ilə təbrik edib.