Şagird-ekspertlər qrupu ilə bu tədris ilinin ilk görüşü keçirilib
03.10.2022-ci il tarixində məktəbimizdə ötən tədris ilindən fəailiyyət göstərən şagird-ekspertlər qrupu ilə yeni tədris ilində ilk görüş keçirilib. Xatırladaq ki, bu qrup VIII-XI sinif şagirdlərindən ( hər sinifdən bir nəfər olmaqla) təşkil edilib.Qrupda yer alan şagirdlər sinfin ən fəal, sosial, müşahidəçi , hüquq və vəzifələrini bilən, özünü və sinif yoldaşlarını sahiblənən, lazım olanda qorumağı, müdafiə etməyi bacaran şagirdlərdir. Layihənin məqsədi şagird-ekspertlər qrupundakı nümayəndələrin öz sinif yoldaşlarının təmsilçisi kimi hər ayın son günü məktəb rəhbərliyi ilə görüşərək sinifdə cərəyan edən, onları və digər uşaqları narahat edən problemlər, məsələlər ətrafinda rəhbərliklə diskusiya aparmaq, suallarına cavab tapmaq, həlli mümkün situasiyaları şagirdlərin lehinə çevirməyi bacarmaqdır. Bu görüşdə də bir çox nüanslar birlikdə müzakirə edilib. Rəhbərlik tərəfindən bəzi məsələlər qeydə alınıb. Bəzilərinin isə mahiyyəti uşaqlara izah edilib. Şagirdlərlə görüş maraqlı və qızğın keçib.