IX siniflərdə ilk diaqnostik monitorinq keçirilib

28.09.2022-ci il tarixdə IX siniflərdə şagirdlərin cari səviyyəsini müəyyənləşdirmək, onları səviyyələr üzrə əlavə məşğələ qruplarında qruplaşdlrmaq və risk qrupuna daxil olan şagirdləri müəyyənləşdirərək onlara fərdi hazırlıq planı tərtib etmək üçün 2022-2023-cü tədris ilinin ilk diaqnostik monitorinqi aparılıb. Monitorinq ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə keçirilib. Suallar VIII sinif materiallarını əhatə edib. 3 paralel sinif komplektində qruplaşdırılmış 94 şagirddən 90 nəfəri monitorinqdə iştirak edib. Monitorinq bir gün öncədən təyin edilmiş nəzarətçilər və məktəb rəhbərliyi tərəfindən sona qədər izlənilib.