"Könüllü valideyn, məhsuldar məktəb, xoşbəxt şagird" layihəsinə yeni qoşulan könüllülərə iki günlük təlimlər keçirilib
26.09.2022 və 27.09.2022-ci il tarixlərində 96 nömrəli məktəbdə həyata keçirilən "Könüllü valideyn, məhsuldar məktəb, xoşbəxt şagird" layihəsinə bu il yeni qoşulan valideynlərə iki günlük təlimlər keçirilib. Təlimin birinci günü könüllülərə məktəbin psixoloqu Sevinc Abdullayeva tərəfindən "Məktəbdə sağlam psixoloji mühitin qurulması və təhsil dəyərləri", tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanovanın təqdimatında "Məktəbdaxili davranış və intizam qaydaları", İKT laborantı Gülnar Muradzadənin təlimçiliyi ilə isə "İKT avadanlıqları ilə tanışlıq, sadə İKT bacarıqlarının aşılanması" adlı təlimlər keçirilib. İkinci gün isə məktəbin direktoru Mehriban Hacıyevanın "Məktəbdaxili komunikasiya", təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmovanın "Sosial şəbəkələrdə məktəbə aid informasiya mübadiləsi", təsərrüfat işləri üzrə direktor müavini Fatma Ağakişiyevanın "Məktəbin infrastrukturu və maddi texniki bazası ilə tanışlıq" adlı təlimləri keçirilib. Təlimlər interaktiv şəkildə təşkil edilib. Valideynlər təlimlərdən xoş təəssüratlarla ayrılıblar. Növbəti gündən onların sinif otaqlarındakı fəaliyyətinə start verilməsi planlaşdırılıb.