27 sentyabr-Anım Günü şagirdlərimiz sinif otaqlarına Zəfər marşının sədaları altında daxil olub
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/166425896063329390e34547.70416118.jpg)
27 sentyabr-Anım Günü 96 nömrəli məktəbdə sıra xətti dövlət himninin səslənməsi ilə başlayıb. Məktəbin direktoru Mehriban Hacıyeva şagirdləri salamlayaraq, 44 günlük müharibə və ya "dəmir yumruq əməliyyatı" haqqında məlumat verib, qalib Azərbaycanın igid oğullarının qazandıqları şanlı Zəfərdən söz açıb. Daha sonra məktəbin tarix müəllimi Şeyda Hüseynova şagirdləri bu Zəfəri qorumaq, gələcək nəsillərə ötürmək üçün örnək vətəndaş kimi yetişməyə, Vətəni uca kürsülərdə, beynəlxalq tribunalarda təmsil etməyə səsləyib. Şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Kiçik vətənpərvərlər qələbə ruhlu şeirlər ifa ediblər. Daha sonra şagirdlər Zəfər marşının sədaları altında sinif otaqlarına daxil olublar.