27 sentyabr-Anım Günü ilə əlaqədar şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət ediblər

26.09.2022-ci il tarixində 27 sentyabr-Anım Günü ilə əlaqədar 96 nömrəli məktəbin 6"B", 7"A", 7"B", 7"C" və 4"A" sinif şagirdləri öz sinif rəhbərləri Nəcəfova Təranə, Səmədova Şəlalə, Məmmədova Məlahət, Əlverdiyeva Aytən və Məmmədova Nəsibə ilə birlikdə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhid qəbirlərini ziyarət edən şagirdlər Vətən yolunda canından keçən oğulların məzarı önünə qırmızı qərənfillər düzüblər. Şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər. Müəllimləri onlara 44 günlük müharibə barədə ətraflı məlumat verərək, öz ölümləri ilə əbədiyyət yazmış bu oğulların qəhrəmanlıq səlnamələrini öz həyat yollarında mayak etməyi şagirdlərə tövsiyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi