"Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsinin 2022-2023-cü tədris ili üçün açılış mərasimi olub

23.09.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında ötən tədris ilinin aprel ayından məktəbdə icrası həyata keçirilən "Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsinin yeni tədris ili üçün açılış mərasimi keçirilib. Tədbirdə məktəb rəhbərliyi, layihəyə qoşulmuş I-VIII siniflərin sinif rəhbərləri, məktəbin psixoloqu, layihidə artıq iştirak edən və bu il yeni qoşulmuş valideynlər iştirak ediblər. Görüşü giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva ideya müəllifi olduğu bu layihənin məqsədi, məzmunu barədə qısa məlumat verərək, layihənin tətbiqinin ötən tədris ili məktəb icmasına və valideyn icmasına, eləcə də şagirdlərə gətirdiyi müsbət töhfələrdən danışıb.Yeni qoşulmuş valideynlərə layihənin icra mexanizmi izah edilib. Daha sonra tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, məktəb psixoloqu Sevinc Abdullayeva çıxış edərək, könüllü valideynlərə onların vəzifələri və öhdəlikləri barədə məlumat verib, yeni qoşulmuş valideynlərlə keçiriləcək iki günlük təlimlərin mahiyyətini izah ediblər. Görüşdə valideynlərin də fikirləri dinlənilib, onlar ötən ilin təcrübəsindən formalaşmış təəssüratlarını yenilərlə bölüşüblər.