"27 sentyabr Anım Günü" ərəfəsində yuxarı sinif şagirdləri ilə iməclik təşkil edilib

23.09.2022-ci il tarixində 96 nömrəli məktəbin həyətyanı sahəsində "27 sentyabr Anım Günü" ilə bağlı yuxarı sinif şagirdlərinin iştirakı ilə biologiya və texnologiya dərsləri çərçivəsində iməclik təşkil edilib. 9,10 və 11-ci sinif şagirdləri öz müəllimləri ilə birlikdə və texniki heyətin dəstəyi ilə məktəb stadionunda bitmiş tikan və kolları təmizləyib, hasar və darvazanı rəngləyib, həyəti səliqəyə salıblar. Zəng vurulduqdan sonra şagirdlər sinif otaqlarına qayıdıb növbəti dərslərə keçid alıblar.