Birinci siniflərdə şagirdlərin psixoloji və gigiyenik vəziyyəti yoxlanılıb

Şagirdlərin akademik uğuruna zəmin yaradan əsas amillər onların fizioloji və psixoloji sağlamlığıdır. Bunu əsas tutaraq, 22.09.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə psixoloq Sevinc Abdullayeva və məktəbin tibb bacısı Aidə Muradova bu il şagird kontingentinə qoşulmuş birincilərin təhsil aldığı siniflərdə olublar. Sevinc Abdullayeva birincilərin ümumi psixoloji xarakteristakaları haqqında məlumat toplayıb. Uşaqların davranış tipləri müəyyənləşdirilib, təhsilə həvəsi, sinfə adaptasiya vəziyyəti, sosial bacarıqları və ünsiyyət qurma bacarıqları yoxlanılıb. Məktəbin psixoloqu bu prosesi "Adam rəsmi çək", "Olduğu kimi köçür", "Müqayisə et", "Hansı artıqdır", "Labirintlər", "Analogiyalar", "Təsvir et", "Yadda saxla" kimi tapşırıqlar vasitəsi ilə həyata keçirib. Tibb bacısı şagirdlərin fizioloji inkişafını və gigiyenasını yoxlayaraq lazımı qeydlər götürüb. Daha sonra şagirdlərin psixoloji xəritəsi və gigiyenik vəziyyəti məktəbin direktoru Mehriban Hacıyeva ilə birlikdə müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi