IX siniflərdə buraxılış fənlərini tədris edən müəllimlərlə rəhbərliyin görüşü olub

21.09.2022-ci il tarixdə IX siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənlərini tədris edən müəllimlərlə məktəb rəhbərliyinin görüşü olub. Görüşün məqsədi qarşıdan gələn buraxılış imtahanının yaratdığı böyük məsuliyyəti fənn müəllimlərinin bir daha nəzərinə çatdırmaq, bu fənlərin tədris keyfiyyətini qaldırmaq üçün il ərzində atılacaq addımları, görüləcək işləri planlaşdırmaq olub. İclasda məktəbin direktoru Mehriban Hacıyeva müəllimlərə tövsiyə edib ki, məktəbin 4 paralel sinfində komplektləşdirilmiş IX siniflərdə gecikmədən növbəti tədris həftəsi 3 fənn üzrə ilkin diaqnostika aparılsın və siniflərdəki şagirdlərin akademik səviyyələri müəyyən edilsin. Təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova isə diaqnostika üçün sualların tərtibatı, diaqnostikadan sonra risk qrupuna daxil olan şagirdlərin siyahısının müəyyən edilməsi və əlavə məşğələ cədvəllərinin tərtib edilməsi ilə bağlı fənn müəllimlərinə tapşırıqlar verib.