"Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi çərçivəsində sinif rəhbərləri ilə maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun birgə fəaliyyət planı əsasında ARTİ Bakı səhəri üzrə Təhsil İdarəsi ilə birlikdə “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihəyə 96 nömrəli məktəb də qoşulub. Bu məqsədlə ötən tədris ilində işçi qrupunun fəaliyyət göstərməsi üçün kabinet ayrılıb, sinif rəhbərləri, şagirdlər və valideyinlər məlumatlandırılıb. Layihənin iş prinsipi və mexanizmi haqqında onlara ətraflı təlimat verilib. Layihənin 2022-2023-cü tədris ilində fəaliyyətə başlayacağını nəzərə alıb, 19.09.2022-ci il tarixdə işçi qrupu ilə sinif rəhbərlərinin maarifləndirici və xatırlatma məqsədli görüşü keçirilib. Görüşdə ötən il paylanmış təlim materialları bir daha nəzərdən keçirilib, layihənin məqsədi, iş prinsipi və fəaliyyət strukturu əhatəli müzakirə edilib. Şagirdləri istənilən zorakılıq ünsüründən qorumaq üçün layihənin müstəsna əhəmiyyəti vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi