15 sentyabr -Bilik günündə ilk dərslər "Qarabağ Azərbaycandır" mövzusuna həsr edilib

15.09.2022-ci il tarixində 96 nömrəli tam orta məktəb yenidən öz şagirdlərini ağuşuna alıb. Bilik Günü tədbiri Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb. Məktəbin direktoru Mehriban Hacıyeva şagirdləri və valideynləri salamlayıb, yeni tədris ilində onlara möhkəm sağlamlıq və akademik nailiyyət arzulayıb. Daha sonra Vətən uğrunda həlak olan şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükütla yad edilib. Məktəbin direktor müavinləri 2021-2022-ci tədris ilində məktəbin əldə etdiyi uğurlar barədə qısa məlumat veriblər. Daha sonra şagirdlər sinif otaqlarına yerləşdiriliblər. Mehriban Hacıyeva siniflərdə olaraq məktəbə yeni qəbul olunmuş şagirdlərlə və birincilərlə görüşüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi