Pedaqoji Şuranın ilk iclası keçirilib

13.09.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə 2022-2023-cü tədris ilinin ilk Pedaqoji Şura İclası keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva iclasın gündəliyində dayanan məsələlərlə iclas iştirakçılarını tanış edib. Daha sonra məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmovanın hesabatı dinlənilib. İclasda məktəbin psixoloqu Sevinc Abdullayeva, kitabxana müdiri Ofeliya İsmayılova da çıxış ediblər. İclasda sinif rəhbərlərinin, fənn birləşmə sədrlərinin təyini, məktəbli forması, təmayül siniflərin yaradılması, birinci siniflərin komplektləşdirilməsi, bu tədris ilində qarşıda dayanan əsas prioritet məsələlər və s. barədə müzakirələr aparılıb. MİQ müsahibələrində daimiləşən və sertifikasiyadan uğurla keçən müəllimlər rəhbərlik tərəfindən təbrik edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi