Daha bir müəllimimiz Milli keyfiyyət nişanına layiq görülüb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16623583586315935686ae84.86550862.jpg)
96 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Şəlalə Səmədova dərs dediyi 8"A" və 8"B" siniflərinin şagirdləri ilə birgə ötən tədris ilində ilk dəfə eTwinning plus platformasında beynəlxalq layihəyə qoşulub. "Bilimə yön verən kadınlarımız" adlı bu layihədə bir neçə türk müəlliminin şagirdləri ilə birgə bizim şagirdlərimiz də Türk dünyasının ziyalı qadınları haqqında müxtəlif araşdırmalar aparıblar. Layihənin bütün mərhələlərində öz şagirdləri ilə uğurla iştirak edən Şəlalə müəllim platforma tərəfindən Milli keyfiyyət nişanına layiq görülüb. Müəllimimizi məktəb rəhbərliyi adından təbrik edir, ona davamlı nailiyyətlər arzu edirik.