Fənn birləşmə sədrləri ilə iclas keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/166235709763158e696e4445.13865114.jpg)
02.09.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə fənn birləşmə sədrləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. İclasda məktəbin direktoru Mehriban Hacıyeva yeni dərs ilinin başlanması ilə əlaqədar müəllimləri təbrik edib, 2022-2023-cü tədris ilində qarşıda dayanan prioritet istiqamətlərdən danışıb. O fənn birləşmələrinin illik fəaliyyət planı tərtib edilərkən diqqətə alınmalı əsas fəaliyyətləri vurğulayıb, fənn birləşmələrinin işini stimullaşdırmaq üçün onlara bəzi tövsiyyələr verilib. İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova da çıxış edərək ötən tədris ilində fənn birləşmə sədrlərinin iş fəaliyyətini dəyərləndirib, problemli nüanslara toxunub. Daha sonra müəllimlərin fikirləri dinlənilib, rəy və təklifləri rəhbərlik tərəfindən qeydə alınlıb.