Müəllimlərimiz Milli Keyfiyyət Nişanına layiq görülüblər
İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri İsayeva Ceyran, Mustafayeva Lalə və Daşdəmirova Çiçək eTwinning plus platformasına qoşularaq türk müəllimlər ilə birgə işlədikləri "En güzel bayram 23 Nisan" ( 7 türk və 2 azərbaycanlı müəllim) və "Gelenegimdə oyun var" ( 10 türk və 3 azərbaycanlı müəllim) adlı beynəlxalq layihələrdə uğurlu təqdimatlarına görə eTwinning platforması tərəfindən Milli Keyfiyyət nişanına layiq görülüblər. Onların bu platformaya ilk dəfə qoşulduqlarına və bu cür beynəlxalq layihələrdə iştirakın onlar üçün bir ilk olduğuna baxmayaraq əldə etdikləri bu uğur məktəb rəhbərliyi tərəfindən təqdir edilib, rəhbərlik müəllimləri ürəkdən təbrik edib və onlara davamlı nailiyyətlər arzu edib.