Şagirdlərimizin 2022-2023-cü tədris ilində istifadə edəcəyi geyim forması müzakirəyə çıxarılıb.

96 nömrəli tam orta məktəbdə 30 iyun 2022-ci ildə çağırılmış ilin 5-ci Pedoqoji Şura iclasında digər məsələlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il  tarixli 96 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə 2022-2023-cü tədris ilində istifadə olunacaq geyim formasının seçilməsi də gündəliyə salınıb. İclasda iştirak edən 60 nəfər pedoqoji içşilər arasında keçirilən səsvermə prosesində səs çoxluğu tünd boz rəngli geyim formasının 96 nömrəli tam orta məktəbin şagirdləri üçün təlimatda əks olunduğu kimi ən az 3 il müddətinə geyiniləcək forma kimi seçilməsinə tərəfdar  olub. Valideynlərin və şagirdlərin təlimatlandırılması sinif rəhbərlərinə həvalə edilib. Məlumat kimi bildirilib ki, zərurət yaranarsa, hazırda istifadə olunan geyim formaları qərarda göstərildiyi kimi 2022-2023-cü tədris ilinin sonuna kimi istifadə edilə bilər. Eyni zamanda, geyiniləcək geyim formasının etiketində istifadə edilmiş parçanın tərkibi və “məktəbli forması” sözlərinin yazılmasının vacibliyi də vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi