2021 və 2022 -ci illərdə IX siniflər üzrə keçirilmiş buraxılış imtahanlarının müqayisəli təhlili məktəblərə göndərilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021 və 2022-ci illərdə IX siniflər üzrə keçirilən buraxılış imtahanının müqayisəli təhlili məktəblərə göndərilib. 96 nömrəli tam orta məktəb üçün bu nəticələrin təhlilindən alınan ümumi mənzərə belədir:

2020-2021-ci tədris ilində: Buraxılış imtahanında 71 şagird iştirak edib. Ana dili fənni üzrə orta faiz 40,5, riyaziyyat fənni üzrə orta faiz 37,4, ingilis dili fənni üzrə orta faiz 32,6 olmuşdur. Üç fənn üzrə orta faiz (bal) isə 37 olmuşdur. Heç bir fənn üzrə 100 bal toplayan şagird olmamışdır. 80-100 bal aralığında bal toplayan ana dili fənni üzrə 0, riyaziyyat fənni üzrə 2, ingilis dili fənni üzrə isə 1 nəfər şagird olmuşdur. Ana dili fənni üzrə 1nəfər, riyaziyyat fənni üzrə 1 nəfər 0 bal toplamışdır. Fərqlənmə attestatına layiq olan olmamışdır. BŞTİ- nin tabeliyində olan 313 məktəb arasında 96 nömrəli məktəb 243-cü, Sabunçu rayonunun 47 məktəbi sırasında isə 23-cü yerdə olmuşdur.

2021-2022-ci tədris ilində: Buraxılış imtahanında 85 şagird iştirak edib. Ana dili fənni üzrə orta faiz 44,9, riyaziyyat fənni üzrə orta faiz 34,1, ingilis dili fənni üzrə orta faiz 32,5 olmuşdur. Üç fənn üzrə orta faiz (bal) isə 37,2 olmuşdur. Riyaziyyat fənni üzrə 1nəfər 100 bal toplamışdır. 80-100 bal aralığında bal toplayan ana dili fənni üzrə 7, riyaziyyat fənni üzrə 7, ingilis dili fənni üzrə isə 3 nəfər şagird olmuşdur. Cəmi 1 nəfər riyaziyyat fənni üzrə 0 bal toplamışdır. Fərqlənmə attestatına layiq olan 3 nəfər şagird olmuşdur. BŞTİ- nin tabeliyində olan 313 məktəb arasında 96 nömrəli məktəb 219-cu, Sabunçu rayonunun 47 məktəbi sırasında isə 21-ci olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi