IV siniflərdə keçirilən monitorinqlərin nəticələri bəlli olub
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 7 iyun 2022-ci il tarixdə lV siniflər üzrə keçirilən monitorinqin təhlilləri məktəblərə göndərildi. 96 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 78 şagird monitorinqdə iştirak edib. Nəticələrə əsasən tədris dili üzrə orta bal 69.96, riyaziyyat fənni üzrə isə orta bal 65,68 olmuşdur. Hər iki fənn üzrə ümumi bal 135,64, orta bal isə 67,82 olmuşdur. Tədris dili üzrə 0-30 bal aralığında bal toplayan 3 nəfər, riyaziyyat fənni üzrə 0-30 bal aralığında bal toplayan 3 nəfər olub. Heç bir fənn üzrə o bal toplayan yoxdur. 80-100 aralığında bal toplayan tədris dili üzrə 24 nəfər, riyaziyyat fənni üzrə 14 nəfər olub. BŞTİ-yə tabe 313 məktəb sırasında məktəbimiz 18-ci, Sabunçu rayonunda yerləşən 47 məktəb sırasında isə 2-ci yerdədir.