Tam orta təhsil haqqında fərqlənmə attestatları məzunlara təqdim edilib.
2021-2022-ci tədris ilində 96 nömrəli tam orta məktəbdə 3 sinif komplektində komplektləşdirilmiş 11-ci siniflərdən 68 şagird məzun olub. Bunlardan 61 nəfəri tam orta təhsil haqqında adi attestata, 7 nəfəri isə fərqlənmə attestatına layiq görülüb. 08.07.2022-ci il tarixində adi attestatlar, 13.07.2022-ci il tarixində isə fərqlənmə attestatları məktəbin direktoru Mehriban Hacıyeva tərəfindən məzunlara təqdim edilib. Şagirdlərlə və sinif rəhbərləri ilə xatirə şəkilləri çəkilib.