Məktəbimizdə Yay məktəbi çərçivəsində dərslər başlayıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-331 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.06.2022-ci il tarixli F-219 nömrəli əmrinə əsasən 96 nömrəli tam orta məktəbdə könüllülük prinsipi əsasında 20 sinifdən 58 şagirdin cəlb olunduğu Yay məktəbi çərçivəsində dərslərə 16.06.2022-ci il tarixdən start verilib. İbtidai təhsil pilləsində məktəbdə fəaliyyət göstərən 12 sinfin hər birindən minimum 3 şagirdin cəlb olunduğu dərslər həftədə 5 dəfə olmaqla, 3 fənn üzrə ( hər biri gündəlik 1 saat tədris olunmaqla) -ana dili, riyaziyyat və ingilis dili fənləri daxil edilməklə cədvəlləşdirilib. Yuxarı sinif pilləsindən 5"A", 5"B", 5"C",5"D", 6"B", 7"A",7"B",7"C" siniflərindən 23 nəfər şagirdin cəlb olunduğu dərslər isə həftədə 5 dəfə ana dili, riyaziyyat, ingilis dili, tarix, fizika, coğrafiya, Həyat Bilgisi, STEAM və kimya dərsləri daxil edilməklə gündəlik 6 saatı aşmamaq şərti ilə cədvəlləşdirilib. Dərslərin mövzuları və formatı şagirdlərdə tədqiqatçılıq, yaradıcılıq, innovativlik, liderlik xüsusiyyətlərini və bacarıqlarını formalaşdırmağa xidmət edəcək şəkildə müəyyənləşdirilib.