Son zəng sədalanıb
14.06.2022-ci il tarixində respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi 96 nömrəli tam orta məktəbdə də 2021-2022-ci tədris ilinin məzunları üçün sonuncu dəfə məktəb zəngi çalınıb. 3 sinif komplektində komplektləşdirilmiş 68 XI sinif şagirdi orta təhsilini başa vuraraq müstəqil həyata atılıb. Son Zəng tədbiri dövlət himninin səslənməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva məzunları, onların valideynlərini və müəllimlərini məzun günü münasibəti ilə təbrik edib, zəfər qazanmış bir dövlətin qalib gəncliyi kimi yeni həyata başlamağın onlar üçün xüsusi bir uğur olduğunu vurğulayan direktor, qonaqları bu günləri bizə nəsib edən şəhidlərin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad etməyə səsləyib. Sonra söz məktəbin valideyni olan Vətən qazisinə verilib. Tədbirin qonağı olan Bakıxanov rayon bələdiyyəsinin sədr müavini, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, valideynlər, məzunların sinif rəhbərləri, onlara ibtidai sinif pilləsində dərs demiş müəllimlər də çıxış edərək uşaqlara olan xoş arzularını dilə gətiriblər. XI-lər bədii hissəni təqdim etmədən öncə məktəbin direktoru tədbir iştirakçılarına məzunların uğurları barədə də məlumat verib. O bildirib ki, məktəb rəhbərliyini və müəllim kollektivini qürurlandıran məqamlardan biri də odur ki, bu məzunlar sırasında 7 nəfər şagirdimiz fərqlənmə attestatına layiq görülüb, 12 nəfər buraxılış imtahanında 200-dən yuxarı, 4 nəfər isə qəbul imtahanında 600-dən yuxarı bal toplayıb. Ugur qazanmış şagirdləri ürəkdən təbrik edən direktor, sözü uşaqlara verib. Tədbir son zəngin səslənməsi ilə başa çatıb.