Məktəbimizdə "Narkotikə Yox Deyək!"adlı ümumrayon tədbiri keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/165492752262a430a2b3fb02.28071490.jpg)
10.06.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbdə "Narkotikə Yox Deyək!" adlı ümumrayon tədbiri keçirilib.Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Adil Xudayarov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova, Azərbaycan Respublikasının Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak edib. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Qonaqları salamlayan və onları auditoriyaya təqdim edən məktəbin direktoru Mehriban Hacıyeva öncə sözü şagird təqdimatına verib. Şagirdlər mövzu çərçivəsində hazırladıqları səhnəciyi tamaşaçılara təqdim ediblər. Daha sonra əsrin bəlasına çevrilmiş narkomaniyadan bəhs edən maarifləndirici video çarx nümayiş etdirilib. Qonaqların çıxışları başlayıb. Auditoriyaya bu qlobal faciə, ondan qorunma yolları barədə ətraflı məlumat verilib. Çıxışlar bitdikdən sonra şagirdləri maraqlandıran suallara cavab verilib. Sonda tədbirdə fəal iştirak etmiş şagirdlərə Daxili İşlər Nazirliyinin möhürlü sertifikatı verilib.