Məktəbimizdə kamera orkestrinin konserti keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/165483552062a2c940a7a7f3.27350000.jpg)
09.06.2022-ci il tarixində Cadenza orkestrinin solistləri Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə interaktiv konsert-görüş təşkil edib. Görüş zamanı şagirlərlə musiqi barədə maraqlı disskusiya aparılıb, orkestrin solistləri uşaqlara musiqi alətləri haqqında qısa məlumat verərək, onlarla ilk dəfə tanış olan şagirdlərdə musiqi ifaçılığı barədə ilkin təəssüratlarını formalaşdırıb.
Tədbir zamanı ifa olunan əsərlər balaca dostlar tərəfindən böyük maraq və xoş həyəcanla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan musiqisi və ictimaiyyətinə xidmət etməyi özü üçün məqsəd qoyan Cadenza orkestri ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər, təhsil müəssisələrində təhsilin bütün pillələrinə uyğun tədbirlər təşkil etməyi nəzərdə tutur.