Şagirdlərimiz bu bayram gününü qəlbi yaralı şəhid ailəsi ilə keçiriblər

01.06.2022-ci il tarixində 5"A" sinif şagirdləri sinif rəhbərləri Fatimə Hacıyeva və bir qrup valideyn ilə birgə Sabunçu rayonunun şəhidi Şirəli Adilovun evində olublar. Zabrat qəsəbəsində yaşayan şəhid ailəsini ziyarət edən uşaqlar onları şeir, nəğmə payı ilə sevindiriblər. Bu bayram gününü məhz şəhid ailəsi ilə qeyd etməyə qərar verən şagirdlərimiz bu addımları ilə qəlblərindəki vətən sevgisini ifadə ediblər. Şəhidini uca tutmaqla, onlar da Şirəli kimi vətənə bağlı, torpağa sədaqətli böyüdüklərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi