Yetişin Vətənə layiqli övlad, Qoruyun hər qarış torpağı, daşı. Adınız Vətənə yaraşan bir ad. Ucalsın sizinlə Vətənin başı.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1654094255629779af65cb01.10889008.jpg)
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Bu gün fidanların günüdür. Gələcəyimiz olan uşaqlarımız məktəbə bayram əhval-ruhiyyəsində gəliblər. Onlar bu bayram səhərini mahnı, şeir, şar və bayraqlarla qarşılayıblar.