Kiçik Akademiyanın II yarım il yekun hesabat konfransı keçirilib

01.06.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın ikinci yarım il hesabat konfransı keçirilib. Kiçik Akademiyada mərkəzləşmiş 3 şöbənin- texniki, humanitar və təbiət şöbələrinin rəhbərləri və şagirdləri ayrı-ayrı mövzularda apardıqları tədqiqat işlərinin yekun məhsulunu bu gün auditoriyaya təqdim ediblər.Tədbiri məktəbin direktoru Mehriban Hacıyeva giriş nitqi ilə açaraq, şagirdləri 1 iyun Uşaq Günü münasibəti ilə təbrik edib və konfransın işinə uğurlar arzu edib. Daha sonra KA-nın prezidenti Nigar Süleymanova ikinci yarım ildə Akademiyada görülən işlər, aparılan tədqiqatlar barədə dinləyicilərə ətraflı məlumat verib. Bunun ardınca kafedraların təqdimatı başlayıb. İlk öncə texniki bölmənin "Su həyat mənbəyidir" adlı tədqiqatı dinlənilib. Mövzu ətrafında maraqlı video materiallar təqdim edilib. Bölmə rəhbərlərinin təəssüratları eşidilib. Daha sonra təbiət kafedrasının "Təbiətin dövranı" və "Təkrar emal prosesi" adlı prizentasiyaları izlənilib. Son təqdimat humanitar bölmənin şagirdlərinin işi olub. Həm də bu təqdimat günün özəlliyini də əks etdirib. "Hüquqlarımızı bilirikmi?" adlanan bu maraqlı yaradıcılıq işi özündə şagirdlərin çəkdikləri video rolikləri, mahnıları, araşdırmaları, maraqlı məlumatları ehtiva edib. Sonda şagirdlərin ifasında "Xoşbəxt olsun uşaqlar" adlı mahnı ifa edilib. Tədbirdə Sabunçu rayon 72 nömrəli məktəb-liseyin və 107 nömrəli tam orta məktəbin KA-sının rəhbərləri və üzvləri də iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi