"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turu yekunlaşıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16539855116295d0e79674a2.92708999.jpg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.02.2022-ci il tarixli F-61 nömrəli əmrinə əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turu 31.05.2022-ci il tarixində yekunlaşıb. Müsabiqənin şərtlərinə əsasən şagirdlər verilmiş zaman intervalında məktəb kitabxanasından götürülmüş 5 bədii əsəri mütaliə etməli və onların məzmunu, əsərdən çıxardıqları nəticə, əsərin yaratdığı təəssüratlar barədə tərtib etdikləri gündəlikdə qeydlər aparmalıdırlar. Rəylərin orijinallığı, fikirlərin kreativliyi, gündəliyin tərtibatı və s meyarlar əsasında hazırlanmış gündəliklər dəyərləndirilərək müsabiqənin şəhər mərhələsinə göndərilməlidir. 31.05.2022-ci il tarixində 96 nömrəli məktəbdə müsabiqədə iştirak edən şagirdlərlə məktəb turunun final görüşü baş tutub. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavini Nigar Süleymanova, ana dili və ədəbiyyat müəllimləri Vüsalə Məmmədova, Elmira Məmmədova və Məsumə Cavadova iştirak ediblər. Hazırlanmış gündəliklər nəzərdən keçirilib, tələb olunan meyarlara
əsasən ən yaxşı gündəliklər seçilib, şəhər mərhələsinə göndərilməsi üçün qərarlaşdırılıb.