Şagird-ekspertlər qrupu ilə bu tədris ilinin son görüşü keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16539844546295ccc640fc97.76235356.jpg)
Məktəbin 07.04.2022-ci il tarixli 204 nömrəli əmri ilə yaradılmış "Şagird-ekspertlər qrupu" şagirdlərin ekspert kimi məktəbin ictimai mühitində iştirak etməsi, fəallaşması, uşaqlarda sərbəst düşüncə, analız bacarıqlarının formalaşdırılması, məktəb mühitinin onların öz təklif və fikirləri ilə daha stimullaşdırıcı mühitə çevrilməsi üçün rəhbərlik tərəfindən həyata keçirilən bir layihədir. Bu layinənin məzmununda müxtəlif sinif paralellərindən seçilmiş şagirdlərlə hər ayın sonuncu günü rəhbərliyin görüşünün keçirilməsi, bu görüşdə bitmək üzrə olan ayın icmalının aparılması, müsbət və mənfi cəhətlərin aşkarlanması, şagirdləri razı və narazı salan nüansların müzakirə edilməsi, onların təklif etdiyi həll yollarının nəzərdən keçirilməsi və s kimi məsələlər ehtiva olunub. 31.05.2022-ci il tarixində bu qrupla cari tədris ilinin son görüşü keçirilib. Görüşdə geniş müstəvidə müzakirələr aparılıb, növbəti tədris ili üçün prioritetlər müəyyənləşdirilib. Dəyirmi masada məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavini Nigar Süleymanova, məktəb psixoloqu Sevinc Abdullayeva və şagird-ekspertlər iştirak ediblər.