"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə Səidə Əhmədovanın görüşü keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16537213196291c8e7c19241.35099295.jpg)
27.05.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbdə BŞTİ-nin nəzdində fəaliyyət göstərən TDM-in "Psixoloji xidmət" şöbəsinin müdiri Səidə Əhmədova ilə valideyn kontingentinin görüşü keçirilib. 100-dən çox valideynin iştirak etdiyi bu görüşdə Səidə Əhmədova valideynlərə uşaqların yaş psixologiyası, valideyn-övlad münasibətləri, tərbiyədə buraxılan ümumi səhvlər, tam və natamam ailələrdə böyüyən şagirdlərin psixolji sferalarındakı oxşar və fərqli cəhətlər barədə ətraflı və maraqlı məlumatlar verib. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavinləri Mahirə Rüstəmova, Nigar Süleymanova və məktəbin psixoloqu Sevinc Abdullayeva da iştirak edib. Seminarın sonunda Səidə xanım valideynləri maraqlandıran suallara cavab verib. Valideynlər bu görüş üçün Səidə xanıma və məktəb rəhbərliyinə səmimi təşəkkürlərini bildiriblər.