Şəhidini uca tutmaq bir Vətən övladının ən böyük mənəvi dəyəridir

96 nömrəli məktəbin 8"C" sinif şagirdləri 26.05.2022-ci il tarixdə Həyat Bilgisi dərsində "Mənəvi dəyərlər" mövzusunu öyrəniblər. Bu mövzunu uşaqların daha yaxşı anlaması və qalib bir xalq üçün ən müqaddəs mənəvi dəyərin şəhidlik zirvəsinə yüksəlmiş oğulların uca xatirəsi olduğunu şagirdlərin unutmaması üçün Nəsibə müəllim dərsdən sonra onları Sabunçu rayonunun şəhidi Nağıyev Murad Mayıl oğlunun evinə aparıb. Şəhid ailəsini ziyarət edən uşaqlar Muradın ailə üzvlərinə onun böyüdülmüş şəkillərini hədiyyə aparıblar. Şagirdlər oğul itirmiş gözüyaşlı ağbirçək Azərbaycan anası ilə birgə şəhidimizin xatirə albomuna, əşyalarına nəzər salıblar. Onun qəhrəmanlıq hekayəsini ananın titrək səsindən dinləyiblər. Şagirdlərimiz bu özü kiçik, lakin Vətənə töhfəsi böyük evdən həzin duyğularla ayrılıblar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi