"Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi" layihəsi çərçivəsində sinif rəhbərləri ilə görüş keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1653497039628e5ccf8c73f4.93475404.jpg)
Azərbaycan ümumtəhsil məktəblərində "Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi" layihəsi çərçivəsində 25.05.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyinin sinif rəhbərləri ilə görüşü keçirilib. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva layihənin icra mexanizmi və məzmunu ilə bağlı məktəbə göndərilmiş müəllimlər üçün olan vəsaiti sinif rəhbərlərinə təqdim edib və layihənin məzmunu barədə onlara bir daha ətraflı məlumat verib. O həm də şagirdlər üçün hazırlanmış vəsaitlə müəllimləri tanış edib, vəsaitin nümunəsini çoxaldıb şagirdlərə çatdırmaq üçün onlara təlimat verib. Onların bu məqsədlə şagirdlərlə təşkil edəcəkləri görüşlərin formatını izah edib. Görüşdə həmçinin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, məktəb psixoloqu Sevinc Abdullayeva, UBR Kəmalə Sadıqova çıxış edərək layihənin icrası ərzində görüləcək işlərdən danışıblar.